“Biz sadəcə media, sosial şəbəkə və düşüncə müharibəsində geri qalmırıq, həm də bu müharibədə məğlub olmuşuq".
Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrin Ali Baş Komandanının ali müşaviri Yəhya Səfəvi deyib.
O əlavə edib: "Buna görə də media və düşüncə savaşında hücuma hazırlığımızı ikiqat artırmalı və bu müharibədə müdafiə rejimindən çıxmalıyıq". pizza sifarişi
Y. Səfəvi qeyd edib ki, hibrid müharibədə idrak döyüşü lazımdır. Bu, mümükün sosial şəbəkədə texnoloji irəliləyişlərin ortaya çıxmasından asılıdır. Bir neçə dəqiqə ərzində milyardlarla insanın ixtiyarına verilən çoxsaylı məlumat sosial-ideoloji təhlükəyə çevrilib. Buna əsaslanaraq, kimin dərc edilmiş məzmunu qəbul etməyə meylli olduğunu və kimin həmin məzmunu yenidən dərc etməyə hazır olduğunu müəyyən edə bilən alqoritmlərə qarşı özümüzü müdafiə etməliyik.
İdrak döyüşü, əslində, insanların alınan məlumatlara reaksiyasını idarə etmək və ya dəyişdirmək üçündür və onun məqsədi düşməni daxildən çökdürmək və sərt hərəkətlər etmədən siyasi iradə tətbiq etməkdir. O, rəqibin inanclarını və zehni ilə manipulyasiya etməklə, qeyri-müəyyənlik yaradır".
Telegram kanalımız