Göygöldə oğlunu öldürən kişi Bakıda tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Göygöldə oğlunu öldürən kişi Bakıda tutuldu

Hadisə

02 Yanvar 2020 07:53 1235


Göygöldə evi yandıran oğlunu qətlə yetirib hadisə yerindən qaçan şəxs bu gün səhər saatlarında Bakıda saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, rayonun Nadel kənd sakini, 1950-ci il təvəllüdlü Yaşar Qəmbər oğlu Bayramov əməliyyat axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Onun barəsində Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. pizza mizza

Qeyd edək ki, Y.Bayramov oğlu - 1978-ci il təvəllüdlü Mahir Bayramovu Nadel kənd ərazisində taxıl sahəsində ov tüfəngindən 2 dəfə atəş açaraq qətlə yetirib. Hadisəyə uzun müddət tərəflər arasında mübahisəyə səbəb olan evin M.Bayramov tərəfindən yandırılması səbəb olub. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!