7 İyul - 03:21
“Gözəlliyin özü reanimasiya vəziyyətindədir, bəs onu kim xilas edəcək?“

“Gözəlliyin özü reanimasiya vəziyyətindədir, bəs onu kim xilas edəcək?“

Yazar

21 May 2022 13:56 2521


“Aqressiyanın səbəbini nə məktəbdə, nə də ailədə axtarmaq lazımdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib.

O, məktəblər arasında aqressiya mövzusunda danışıb.

Yazıçının sözlərinə görə, bu, dünyanın son dərəcə gərgin və aqressiv olmağı ilə bağlıdır:

“Bu çox həssas mövzudur. Əgər məsələni başlı-başına buraxsaq, böyük fəlakətə çevrilə bilər. Evdə də müşahidə etmişəm. İnsanlar, ümumiyyətlə, çox çətin şəkildə bir-biri ilə yola gedirlər. Sözləri bir-birinin boğazından keçmir. Bunun günahı nə məktəbdədir, nə də ailədə. Səbəb dünyanın son dərəcə gərgin və aqressiv olmağı ilə bağlıdır. Artıq dünya, bəşəriyyət qocalır. Uşaqların qanı qocalıb. Yaşı 10-15 olsa da..."

S.Səxavət insanların bir-birini sevməsinin vacibliyindən danışıb:

“Dostoyevskinin məşhur sözü var: “Dünyanı gözəllik xilas edəcək”. Mən də fikirləşirəm ki, gözəlliyin özü reanimasiya vəziyyətindədir. Gözəlliyi kim xilas edəcək ki, o da dünyanı xilas etsin? Çalışaq ki, insanlar bir-birini sevsin, mehriban olsunlar. Sevgidən böyük dünyada heç nə yoxdur. Kimin içində sevgi yoxdursa, o, dünyanın ən bədbəxt adamıdır. 

Düşünürəm ki, cəmiyyət xəstədir. Əlacı da "can" deyib, "can" eşitməkdir”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!