Güləş üzrə Azərbaycan çempionatına start verilib

saytların hazırlanması

Evə çatdırılma

Güləş üzrə Azərbaycan çempionatına start verilib

İdman

20 Fevral 2019 15:06 1170


Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından “Yeni Sabah”a verilən məlumata görə, "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən çempionatın birinci günündə 45, 48, 51, 55, 60, 65 və 71 kiloqram çəki dərəcələrində 200-ə yaxın yeniyetmə yunan-Roma güləşçisi mübarizə aparıb.

Açılış mərasimindən sonra medal görüşlərinə start verilib. Dominos pizza

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Təvəkkül Həziyev (45 kq), Məlik Əliyev (48 kq), Elmir Əliyev (51kq), Nihat Məmmədli (55 kq), Alı Alıyev (60 kq), Xasay Həsənli (65 kq) və Allahverdi Əliyev (71 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Çempionata fevralın 23-də yekun vurulacaq.

Mükafatçılar müvafiq yığmalara cəlb olunaraq Azərbaycanı Avropa və dünya çempionatları ilə yanaşı, iyulda Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalında təmsil edəcəklər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!