Gürcüstanın İmereti bölgəsində yerləşən Bağdati bələdiyyəsində güclü yağış nəticəsində yollar, evlərin həyətləri və əkin sahələri su altında qalıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Bağdati Bələdiyyəsi məlumat yayıb.
Bildirilib ki, yağış həm Bağdati şəhərində, həm də bələdiyyəyə daxil olan kəndlərdə yollara ziyan vurub. pizza sifarişi
Hazırda meriyanın aidiyyəti şöbələri, Bağdati Bələdiyyəsinin İctimai İşlər Departamentinin, təmizlik və kommunal xidmətlərin əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.
Bələdiyyə meri, müavinləri, Sakrebulonun sədri və ərazi nümayəndələri yağışdan zərər çəkən sakinlərin vəziyyəti ilə tanış olur və onlara yardım göstərirlər.
Güclü yağışın vurduğu ziyanın həcmini müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılacaq.
Meriyanın yaydığı açıqlamada sakinlərə ehtiyatlı olmaq və zərurət yaranmadıqca evdən çıxmamaq tövsiyə olunub./Report
Telegram kanalımız