Gürcüstanda məcburi orduya çağırışın təxirə salınması bir il müddətinə 10 min lari (6,379 AZN) müəyyən edilib və şəxsə yalnız bir dəfə təxirə salmaq hüququ veriləcək.
Yenisabah.az aktual.ge-yə istinadla xəbər verir ki, bu haqda Gürcüstan Müdafiə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, məcburi hərbidən çağırışı təxirə salmaq hərkəsə aid olmayacaq. Marqarita pizza
“Məcburi hərbi xidmətə çağırış haqqının məbləğinə baxılıb və bir il müddətinə təxirə salınması üçün 10 min lari müəyyən edilib. Bir şəxs təxirə salma hüququndan yalnız bir dəfə istifadə edə bilər. Pul yolu ilə təxirə salınma hər kəsə şamil edilməyəcək. Məsələn, elə adam ola bilər ki, onun çağırış siyahısında olmaması üçün heç bir səbəb yoxdur. 10 min lari müqabilində bir illik təxirə salınandan sonra həmin şəxs yenidən hərbi xidmətə çağırılacaq”, – deyə Gürcüstanın müdafiə naziri Juanşer Burçuladze bildirib.
Onun sözlərinə görə, əsgərliyə çağırılanlar yalnız Müdafiə Nazirliyininin tərkibindəki hərbi hissələrdə hərbi xidmət keçəcəklər.
Məlumat üçün bildirək ki, bundan əvvəl məcburi hərbi xidmətə çağırılışın 1 il müddətinə təxirə salınması 2 min lari (1,275 AZN) idi.
Telegram kanalımız