“Hacının evləri də var, maşınları da...” - Afət Fərmanqızından iddialara cavab

saytların hazırlanması

Evə çatdırılma

“Hacının evləri də var, maşınları da...” - Afət Fərmanqızından iddialara cavab

Şou

05 Sentyabr 2019 15:04 1415


Müğənni Afət Fərmanqızı jurnalist Sara Safuranın onun həyat yoldaşı ilə bağlı iddialarına cavab verib.

“Yeni Sabah” xəbər verir ki, ifaçı onun həyat yoldaşı haqqında deyilənlərin iftira olduğunu bildirib:

“Bir ağzı əyri, gözü çaş arvad, həyatından küskün məxluq çıxıb mənim həyat yoldaşıma iftiralar atır. Sözünün əvvəlində deyir ki, “Afətə Galenvagen alıb”, sonda da deyir ki, “Qaç qurtar özünü, səni yeməyə gəlib, qadın ovçusudur”. Birincisi, bu qədər maddi imkana sahib oğlan qadını yeməyə necə gələ bilər? İkincisi, Hacının evləri də var, maşınları da var. Üçüncüsü, mən ağılsız qadın deyiləm. Dördüncüsü, Hacı mənə 3 otaqlı ev almaq istəyirdi, mən qoymadım, dedim ki, “Bir il sonra alarsan, övladımıza”. Pis oğlandan qaçıb canını qurtarırlar, pis oğlanın dalınca düşmürlər. Deməli, Hacı zor oğlandı”.  Dominos pizza

Müğənni sözlərinə belə davam edib:

“Ey ağzı əyri, gözü çaş məxluq! Sənin guya mənə canın yanır? Nəsiminin qəzəli vaxtında sən mənə qarşı olmazın iftiralar atdın. Sən mənə o vaxtdan düşmənsən. Qaldı Hacıya, Hacı ürəkdir, Hacı qaşdır, Hacı gözdür”.

O, Sara Safuranı məhkəməyə verdiyini də bildirib. 

Xatırladaq ki, jurnalist Sara Safura Həci ləqəbi ilə tanınan şəxsin Afət Fərmanqızına qədər bir çox varlı xanımları tilovuna saldığını, maddi imkanlarından istifadə edəndən sonra atdığını bildirib.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!