Türkiyəli müğənni Hadisənin özündən 10 yaş kiçik Mert Ayaydınla bir yerdə qol-boyun görüntüləri dedi-qodulara yol açıb.
Yenisabah.az xəbər verir ki, Mert Dinçerler ilə boşandıqdan sonra onun adı bir çox insanla hallanıb.
İfaçı bir müddət əvvəl iş adamı Mert Ayaydınla qucaqlaşaraq əylənərkən görüntülənib. Sezar pizza
Günlərdir haqqında yayılan eşq dedi-qodularına səssiz qalan Hadisə, nəhayət, jurnalistlərə cavab verib və münasibət iddiasını təkzib edib.
Hava limanında görüntülənən Hadisə iddialara sərt cavab verib:
"İstəklərinə görə xəbərlər yayırlar! Dostumla yemək yeyib söhbət edə bilərəm”.
Əhvalının pis olduğu aydın şəkildə görülən Hadisə daha sonra sürətlə jurnalistlərdən uzaqlaşıb. Mert Mert Ayaydın isə hələ də susur.
Telegram kanalımız