Hadisəyə “tərbiyəsiz” deyən şərhçi təzminat ödəyəcək

saytların hazırlanması

Evə çatdırılma

Hadisəyə “tərbiyəsiz” deyən şərhçi təzminat ödəyəcək

Şou

26 Dekabr 2025 00:59 616


Müğənni Hadisenin şəxsiyyətinə deyilən sözlərə görə idman şərhçisi Ahmet Çakara qarşı açdığı məhkəmə işi yekunlaşıb.

"Yeni Sabah" xəbər verir ki, məhkəmə Ahmet Çakarın 50 min lirə məbləğində mənəvi təzminatı faizi ilə birlikdə ödəməsinə qərar verib.

İddia Hadisenin 15 dekabr 2024-cü il tarixində yayımlanan “İbrahim Selim ilə Bu Gecə” proqramında şəxsi həyatı ilə bağlı verdiyi açıqlamalardan sonra Ahmet Çakarın öz yutub kanalında "Hadise tərbiyəsiz və mədəniyyətsiz bir qadındır" deməsi ilə bağlı olub. pizza hut

Hadisenin vəkili Orhan Erol Müezzinoğlunun məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd olunub ki, sözügedən ifadələr müvəkkilin nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirib. Bu əsasla 50 min lirə mənəvi təzminat tələb edilib.

Beykoz Rayon Mülki Məhkəməsi iddianı təmin edərək Ahmet Çakarın 50 min lirə məbləğində mənəvi təzminatı 15 dekabr 2024-cü ildən etibarən hesablanacaq qanuni faizi ilə birlikdə Hadiseyə ödəməsinə hökm çıxarıb./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!