Hava ilə bağlı açıqlama: Leysan olacaq... 

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı açıqlama: Leysan olacaq... 

Sosial

08 Sentyabr 2023 07:28 5761


Bu gün Bakıda və  Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər bəzi yerlərdə, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yarmadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə  20-23° isti, gündüz  25-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm  civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85 %, gündüz  50-55 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti: Pepperoni pizza

Şimal-qərb küləyi əsəcək. 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 23-28°  isti, dağlarda gecə 8-13° isti, gündüz  13-18° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!