“Hava limanında mənə o qədər xanımlar yaxınlaşırdı ki...” - Lətifə Soyuöz

saytların hazırlanması

Evə çatdırılma

“Hava limanında mənə o qədər xanımlar yaxınlaşırdı ki...” - Lətifə Soyuöz

Şou

31 May 2024 23:54 1135


"Yaxşı ki, körpü söküldü. Çünki gözəl görüntü ortaya çıxdı. Məncə, bu görüntünü hər kəs sevəcək".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz sosial şəbəkədəki paylaşımında deyib. Sənətçi Cavanşir körpüsünün sökülməsindən danışıb.

Lətifə daha sonra hava limanında ona yaxınlaşan xanımlardan söz açıb: pizza hut

"Hava limanında mənə o qədər xanımlar yaxınlaşırdı ki... O qədər gözəl sözlər deyib, ruh verirdilər. Məni çox gözəl, baxımlı xanımlar sevir və izləyir. Deyirlər, sizi Nyu-Yorkdan, başqa ölkədən izləyirik. Dünyanın hər nöqtəsindən mənim hekayələrimə baxanlar var.

Hətta alış-veriş mərkəzində xanımlar yaxınlaşır. Biri deyir, geyindiyin kostyumdan tikdirdim. Hamımız bu həyata bağlı və baxımlı olaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!