Həbsdən çıxan Kamil Zeynallını qızı belə qarşıladı - Video

saytların hazırlanması

Evə çatdırılma

Həbsdən çıxan Kamil Zeynallını qızı belə qarşıladı - Video

Şou

22 May 2020 21:41 2454


Xəbər verdiyimiz kimi, karantin qaydalarını pozan məşhur fitnes məşqçi Kamil Zeynallı bu gün saat 18 radələrində azadlığa çıxıb.  

Yenisabah.az xəbər verir ki, mayın 12-sində həbs olunub 10 sutka inzibati həbs cəzasını başa vuran Kamil azadlığa çıxdıqdan sonra yaşadığı evə gedib.  

İdmançını evdə anası Sahilə Zeynalova qarşılayıb. Kövrək anlar yaşayan Zeynallı eyni zamanda qızı Sahilə ilə də görüşüb.   pizza sifarişi

Həbsdə olduğunu qızından gizləyən məşhur idmançı ona “Gör, İstanbuldan sənə nə almışam?” deyərək, ona böyük qutuda aldığı oyuncağı hədiyyə edib.  

Daha sonra K.Zeynallı ailəsi və yaxınları ilə birgə masa arxasında əyləşərək, şam yeməyi yeyib. Diqqət çəkən məqam isə çəkilib, sosial şəbəkədə paylaşılan görüntülərdə Kamilin həyat yoldaşı Gülay Zeynalovanın gözə dəyməməsi olub.    /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!