“Heç bir xanım mənim kimi həyat yaşamasın” – Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

“Heç bir xanım mənim kimi həyat yaşamasın” – Xalq artisti

Şou

12 İyun 2024 12:09 400


"Həyatımdan kitab yazılsa vərəq, mürəkkəb yetməz. Film çəkilsə lent çatmaz. Həyatım o qədər keşməkeşli yolları olub ki, ağır, çətin, şərafətli, şərəfli... Bunların hamısı bir-birini üstələyib, tamamlayıb. Hər zaman Allahıma şükür etmişəm. Bu gün mən ayaqdayam. Hətta verilişinizə bir az qaralardan çıxmış libasdayam. Bunlar hamısı sevginin qarşılığıdır. İstəmirəm tamaşaçıların ovqatını kədərə kökləyim. İstəmirəm onları kədərimə şərik edim". 

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Xəzər axşamı" verilişində deyib. 

O bildirib ki, heç bir qadının öz yerində olmasını istəmir.   Dominos pizza

"Xarici görünüşüm, səhnədəki gülüşüm demək deyil ki, mən xoşbəxtəm. Mən xanımları xoşbəxt görmək istəyirəm, amma güclü yox. Xanımlarımızın nəvazişini çəksinlər. Xanımlarımızı bir çiçək kimi qoxlayıb, əzizləsinlər. Xanımlar mənim kimi həyat yaşamasınlar". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!