Tanınmış müğənnilər - Sevil və Sevinc Səfərovalar geyimlərindən danışıblar.
Yenisabah.az xəbər verir ki, “Söz-baz” verilişinə müsahibə verən bacılar saxta “brend” geyinmədiklərini deyiblər:
“Əgər imkanın çatırsa, marka geyinə bilərsən. Mən onun saxtasını heç zaman geyinmərəm. Amma büdcən buna imkan vermirsə, o qədər ucuz “mass market” brendlər var ki… Oradan da hər büdcəyə uyğun geyimlər tapıb, alıb, geyinə bilər. Yəni məcbur deyilsən, markanın saxta variatını geyinməyə. Hərə öz büdcəsinə görə geyinməlidir”. Marqarita pizza
Sevil Səfərova estetik əməliyyatlarından da danışıb:
“Sevincin üzü məndən daha həcmlidir. Bir dəfə ona dedim ki, üzüm arıqdır, olar gedim botoksla doldurum, səninki kimi olsun? Söylədi ki, etdir. Mən də gedib üzümə dolğu ilə həcm verdim. Amma həmin gündən 4 gün heç keçmədi, gedib dolğunu əritdim”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız