Həmkarı: Azər Mirzəyevi laqeydlik öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Həmkarı: Azər Mirzəyevi laqeydlik öldürdü

Şou

15 İyul 2024 15:36 702


"O üz" verilişinin növbəti buraxılışı mərhum aktyor, Əməkdar artist Azər Mirzəyevə həsr edilib. 

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, Əməkdar artist Vahid Əliyev sənət dostu haqqında danışıb.

O bildirib ki, A.Mirzəyevlə bir universitetdə təhsil alıblar:  pizza sifarişi

"Azər Mirzəyev, Gülşən Qurbanova və mən qrup yoldaşı olmuşuq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışdıq. Çox tamaşalarda tərəf müqabili olduq. Azər televiziyaya meyilli idi. Gülşənlə yaxşı dost idilər.

Ona balalarının toyu, xoş günü qismət olmadı. İnsana vaxtında qiymət verilməlidir. Ona vaxtında qiymət vermədilər. Üç teatrı birləşdirdilər... O isə incidi... Biz içəridən çəkirik. O da incidi və teatrı dəyişdi. Gedən vaxtı da öldü. Azəri laqeydlik öldürdü".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!