Həmsədrlərin bəyanatı Paşinyanı narahat etdi – “Bu, onun üçün siyasi fiaskodur”

saytların hazırlanması

Evə çatdırılma

Həmsədrlərin bəyanatı Paşinyanı narahat etdi – “Bu, onun üçün siyasi fiaskodur”

Siyasət

12 Mart 2019 14:46 1056


Xəbər verdiyimiz kimi Ermənistan baş naziri Nikol Paşinyan artıq Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib. Səfər zamanı Paşinyan separatçıların rəhbərləri ilə görüşlər keçirəcək.

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Sabah”a açıqlamasında deyib ki,  ATƏT-in Minsk qrupunun həmsədrlərinin Helsinki Yekun Aktına əsaslanan son bəyanatının ardınca, Azərbaycan ordusunun geniş miqyaslı təlimləri erməni baş naziri Nikol Paşinyanın təcili Qarabağa gəlməsinə səbəb olub:

“Artıq onun danışıqlarda format dəyişikliyi təklifi Avropa İttifaqı tərəfindən də qəbul edilməyərək, Qarabağ danışıqlarında mövqeyinin zəifləməsinə gətirib çıxartdı. Paşinyanın işğal olunmuş ərazilərdə Təhlükəsizlik Şurasını iclasını təcili keçirərək Azərbaycan ordusunun hərbi təlimlərini, müdafiə xəttinin möhkəmləndirilməsini müzakirə etməsi istisna deyil. Çünki Nikol Paşinyan hakimiyyətə gəldiyindən Azərbaycan ordusunun ilk geniş miqyaslı hərbi təlimləri keçirilir və bu təlimlər birbaşa Ermənistana mesaj xarakteri daşıyır”. pizza mizza

Politoloqun sözlərinə görə, Təhlükəsizlik Şurasının iclasının Qarabağda keçirilməsi göstərir ki, Paşinyan cəbhədə yarana biləcək vəziyyətdən ciddi narahatdır:

“Çünki növbəti hərbi əməliyyatlar Ermənistan ordusunun məğlubiyyətinə səbəb olacaq. Bu da Paşinyan üçün siyasi fiaskodu. Ümumiyyətlə, Paşinyanın Xankəndində Təhlükəsizlik Şurasının iclasını keçirməsi danışıqlar prosesinə zərbədir. Bundan əlavə, Yerəvan Helsinki Yekun Aktının müddəalarını və yenilənmiş Madrid Prinsiplərini qəbul edərək, danışıqlarda iştirak edirsə, digər şərtlər irəli sürürsə, danışıqlardan yayınırsa, Azərbaycanın güc tətbiq etməsi gündəmə gəlməlidir.

ABŞ və Avropa ilə Azərbaycan Qarabağ konfliktinin həlli istiqamətində sıx işləməlidir. Yəhudi Lobbisini bu prosesə dəstək verməyə cəlb etməlidir. Ermənistana ABŞ və Avropa dövlətləri diplomatik təzyiq etməyincə, Yerəvan işğal olunmuş ərazilərdən çıxmayacaq və Rusiya Ermənistanda qalıcılığını davam etdirəcək. Azərbaycan ABŞ və Avropa ilə münasibətləri yüksək inkişaf etdirməlidir ki, işğal olunmuş ərazilərin qaytarılması üçün hərbi əməliyyatlara başlayarsa, bu dövlətlərin neytrallığını saxlaya bilsin”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!