Energetik içkilərin həddindən artıq və tez-tez istehlakı ürək döyüntülərinin artması, qan təzyiqinin yüksəlməsi və yuxusuzluq kimi problemlərə səbəb ola bilər.
"Yeni Sabah" xəbər verir ki, energetik içkilərin tərkibində kofein və digər stimullaşdırıcı maddələr olur. Bu səbəbdən onların istehlakı zamanı məhsulun tərkibinə və kofein miqdarına diqqət yetirmək vacibdir.
Həddindən artıq energetik içki qəbulu ürək döyüntülərinin artmasına, qan təzyiqinin yüksəlməsinə, yuxusuzluğa, narahatlıq və əsəbiliyə səbəb ola bilər. pizza hut
18 yaş və yuxarı sağlam insanlar üçün gündəlik 400 mq-dan artıq kofein istehlakı tövsiyə edilmir. Bununla yanaşı, kofeinə fərdi həssaslıq, yaş, hamiləlik və insanın sağlamlıq vəziyyəti də nəzərə alınmalıdır.
İstehlakçılara energetik içkiləri həddindən artıq və tez-tez qəbul etməmək, məhsulun etiketində göstərilən kofein miqdarını yoxlamaq və gün ərzində müxtəlif mənbələrdən qəbul edilən ümumi kofein miqdarını nəzərə almaq tövsiyə olunur.
Həmçinin energetik içkilərin alkoqollu içkilərlə birlikdə qəbul edilməməsi vurğulanır. Ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi və digər sağlamlıq problemləri olan şəxslər isə energetik içkilərdən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Mütəxəssislərin əsas tövsiyəsi isə sadədir: Energetik içki adi sərinləşdirici içki deyil. Bu məhsulları qəbul edərkən etiketdəki xəbərdarlıqlara və kofein miqdarına diqqət yetirmək lazımdır.
Aytac Əliyeva
Telegram kanalımız