Hollandiyanın məşhur klubu “Qarabağ”ın futbolçusuna “elçi düşdü”

saytların hazırlanması

Evə çatdırılma

Hollandiyanın məşhur klubu “Qarabağ”ın futbolçusuna “elçi düşdü”

İdman

23 Dekabr 2019 09:41 1494


İcarə əsasında cari mövsümün ilk yarısını "Qarabağ"da keçirən qapıçı Asmir Beqoviç üçün daha bir klub “elçi düşüb”.

"Yeni Sabah" xəbər verir ki, PSV (Hollandiya) futbolçu ilə maraqlanır. 

Eyndhoven təmsilçisi 32 yaşlı qolkiper üçün onun müqavilə ilə məxsus olduğu "Bornmut" klubu ilə danışıq aparmaq niyyətindədir. Dördpendirli pizza

Təcrübəli əlcək sahibi ilə maraqlananlar içində "Vest Hem", "Birmingem", "Stok Siti" və "Derbi Kaunti" klubları da var. Lakin Ağdam təmsilçisi də onu komandada saxlamaq fikrindədir. 

Qeyd edək ki, Asmir Beqoviç Azərbaycan Premyer Liqasında keçirdiyi 10 oyunda qapısında 5 top görüb.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!