Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı

Dünya

02 İyun 2026 20:44 79


Hörmüz boğazının blokadası nəticəsində neft qiymətlərinin artması ən həssas iqtisadiyyatlara ciddi zərbə vuracaq və təxminən bir milyard insanın həyatına təsir göstərəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən hazırlanmış hesabatda qeyd olunub.

Məlumata görə, dünyanın ən həssas 75 iqtisadiyyatından, o cümlədən ən az inkişaf etmiş ölkələr və kiçik ada dövlətlərindən 65-i neft idxalından asılıdır. Bu ölkələr üçün enerji daşıyıcılarının bahalaşması xərclərin artmasına səbəb olacaq və onları yanacaq ödənişləri ilə əsas dövlət xidmətlərinə investisiyalar arasında çətin seçim qarşısında qoyacaq. pizza sifarişi

UNCTAD-ın rəsmi nümayəndəsi Marselo Risi bildirib ki, bu vəziyyət 983 milyon insana təsir göstərə bilər.

"Onların üçdə biri gündə 3 dollardan az gəlirlə yoxsulluq həddində yaşayır", - deyə o vurğulayıb.

Təşkilatın hesablamalarına əsasən, neft qiymətlərinin 50% yüksək səviyyədə qalacağı təqdirdə, iqtisadi cəhətdən həssas ölkələrin neft idxalı üzrə illik xərcləri 20 milyard dollar arta bilər.

Bundan başqa, neftin bahalaşması inflyasiyanı sürətləndirəcək, hətta xalis neft ixracatçısı olan ölkələrə də təsir göstərəcək və qlobal iqtisadi artımın zəifləməsinə səbəb olacaq. Eyni zamanda, neft idxalına çəkilən əlavə xərclər büdcə kəsirini dərinləşdirə, milli valyutaların məzənnəsini zəiflədə, faiz dərəcələrini yüksəldə və kredit şərtlərini sərtləşdirə bilər.

Xatırladaq ki, aprelin 13-də İranla uğursuz danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının blokadaya alındığını bəyan etmişdi. Dünyanın əsas neft marşrutlarından biri hesab olunan bu boğazdan dəniz yolu ilə qlobal neft ixracının təxminən 20-30%-i həyata keçirilir.

Bunun fonunda neftin qiyməti bir barel üçün 100 dolları keçib və bu vəziyyətin qlobal iqtisadi böhran riskini artırdığı bildirilir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!