İcra başçısından iylənmiş qurban əti payı – Video

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısından iylənmiş qurban əti payı – Video

Xalqın səsi

14 Avqust 2019 19:35 1685


Qaradağ rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Qurban bayramında şəhid ailəsinə keyfiyyətsiz ət göndərib. 

“Yeni Sabah” Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan videoda şəhid ailəsi bildirib. 

Videoda qeyd olunur ki, bayram sovqatı Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan şəhid ailəsinə göndərilib. Ancaq Qurban payı vaxtı keçmiş və iylənmiş ət olub.  Sezar pizza

Şəhid ailəsi onlara göstərilən bu cür hörmətsizliyə görə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova müraciət edib:

"Mən icra başçısından xahiş edirəm ki, bu faktlara baxıb araşdırsın və lazımı tədbirlər görsün Araşdırıb öyrənsin ki, şəhid ailəsinə iylənmiş ət və digər bayram paylarını göndərənlər kimlərdir. Onun özüdür, yoxsa başqaları!".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!