İcra Hakimiyyəti “Bu şəhərdə“ ilə bağlı açıqlama yaydı

İcra Hakimiyyəti “Bu şəhərdə“ ilə bağlı açıqlama yaydı

Sosial Veb saytların hazırlanması

11 Fevral 2019 18:09 1535


"Sumqayıt şəhərində son illərdə digər sahələrdə olduğu kimi mədəniyyət sahəsinə də xüsusi diqqət yetirilir. “Bu şəhərdə” komandası da ötən ilin mart ayında Sumqayıt səhnəsində olub, yüksək səviyyədə konsert proqramları təşkil olunub". 

Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki,   “Bu şəhərdə”nin bu il də Sumqayıt şəhərində konsert proqramı ilə iştirak etmək niyyəti varsa və şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa, ötən il olduğu kimi yenə də konsertlərini keçirə bilərlər. 

Qeyd olunub ki, İcra hakimiyyəti tərəfindən “Bu şəhərdə”  üzvlərinə “yox” cavabı verilməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!