İcra hakimiyyətlərinə bu addımı atmaq qadağan olundu

saytların hazırlanması

Evə çatdırılma

İcra hakimiyyətlərinə bu addımı atmaq qadağan olundu

Siyasət

13 Mart 2019 00:46 6516


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” fərmanda dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, dəyişikliklərdə bir sıra maraqlı məqamlar yer alıb. Onların bəzilərini təqdim edirik:

1.1. aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin: Toyuqlu pizza

7. Müəyyən edilsin ki, icra hakimiyyəti orqanları, onların strukturuna daxil olan dövlət orqanları aidiyyət və ya səlahiyyətlə bağlı aralarındakı mübahisəyə dair məhkəməyə müraciət edə bilməzlər.”;

***

1.4-3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair müraciətə aşağıdakı hallarda Şurada baxıla bilməz:

1.4-3.1. müraciət bu Əsasnamənin 1.4-1-ci və 1.4-2-ci bəndlərində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;

1.4-3.2. müraciət “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələrə aid olduqda;

1.4-3.3. müraciət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 484 nömrəli Fərmanının qüvvəyə minməsindən əvvəl aidiyyəti inzibati orqanın qəbul etdiyi qərarları, digər hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı olduqda;

1.4-3.4. müraciət korrupsiya ilə əlaqədar hüquqpozmalara aid olduqda və ya müraciətə baxılarkən aidiyyəti vəzifəli şəxslərin əməllərində korrupsiya ilə əlaqədar hüquqpozmaların əlamətləri müəyyən olunduqda (həmin əlamətlərə aid hissədə);

1.4-3.5. müraciəti inzibati orqanın sistemində olan (strukturuna daxil olan, tabeliyində, yanında olan və s.) hər hansı inzibati orqan etdikdə;

***

1.2.14. aşağıdakı məzmunda 4.7.2-1-ci yarımbənd əlavə edilsin:

“4.7.2-1. Şuraya daxil olan inzibati orqanların müraciətlərini qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə sənədlərin (materialların) 5 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün aidiyyəti inzibati orqanlara yazılı və ya şifahi sorğu verir;”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!