“İndi film çəkmək oyuncağa dönüb”  - Xalq artisti
01 Avq 2020 13:11
406

“İndi film çəkmək oyuncağa dönüb” - Xalq artisti

“Peşəkarlardan məsləhət almaq, onların tövsiyəsini dinləmək gənc nəslin özü üçün xeyirli olar. Çünki indi film çəkmək oyuncağa dönüb. Kim istəyir, çiyninə bir kamera qoyub film çəkir. Nəticədə ortaya çıxan filmlər "odnorazovıy  şpris”ləri xatırladır. Cəmi 1-2 gün yadda qalır, sonra isə unudulur”.

Yenisabah.az xəbər verir ki, bu sözləri moderator.az-a açıqlamasınad Xalq artisti Valeh Kərimov deyib.

Tanınmış aktyor bildirib ki, əvvəlki dövrün ən zəif Azərbaycan filmlərinə dəfələrlə baxsan da, yenə də baxmaq istəyrisən, televizorun qarşısından çəkilə bilmirsən. Çünki kişilər yaradıblar, orata əsl iş qoyublar: “Nə qədər təvcrübəli kino mütəxəssislərimiz varsa, onlardan istifadə etmək lazımdır. Bu, bizim sənətimiz üçün yaxşı olar. Odur ki, film çəkilişlərində təcrübəli, peşəkar mütəxəssislərin iştirakını olduqca faydalı və zəruri hesab edirəm”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər