İki məşhur xanımın “Xəzər TV”də yeni verilişi başlayır
02 İyn 2020 14:10
742

İki məşhur xanımın “Xəzər TV”də yeni verilişi başlayır

Məşhur teleaparıcılar Günay Malikqızı və Günay Novruzqızı "Xəzər” telekanalında yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaqlar.

Yenisabah.az xəbər verir ki, "Xəzər TV”nin rəhbəri, Xalq artisti Murad Dadaşov sosial media hesabında yaxın günlərdə yayımlanacaq verilişin anonsunu paylaşıb.

Bazar günü axşam saat 21:00-da efirə çıxacaq "Birinci studiya” adlı analitik xəbər proqramında ölkədə və dünyada baş verən ən son hadisələr nümayiş etdiriləcək və şərh olunacaq. (Qaynarinfo)

Oxşar xəbərlər