İki rayonda taxıl sahələri yanıb
12 İyn 2019 07:51
295

İki rayonda taxıl sahələri yanıb

Beyləqan və Göyçayda taxıl sahələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, Beyləqanda 50 ha sahədə quru ot və 30 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun Mirzəhüseynli kəndində 2,5 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb. Digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər