Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xocavəndin Xanoba kəndinə səfər ediblər.
“Yeni Sabah” xəbər verir ki, səfər zamanı rəsmi hissədən daha çox yadda qalan səmimi anlar olub.
İlham Əliyev və Mehriban Əliyeva əvvəlcə kəndə köçən sakinlərin evlərinə baş çəkiblər. Onların ziyarət etdiyi evlərdən biri də Bəybala Qasımova məxsus olub. pizza
Evdəki qarşılanma və sadə mühit diqqət çəkib. Amma görüşün ən maraqlı və fərqli anı azyaşlı oğlanla bağlı olub. Prezident uşağa xüsusi diqqət göstərib, onunla səmimi şəkildə ünsiyyət qurub.
Daha sonra unudulmaz an yaşanıb: o, Prezidentin xidməti avtomobilinə minib və özünü sürücü kimi sınayıb.
Azyaşlı Prezidentin avtomobilindən düşərkən deyib: “Mən sənin maşınından istəyirəm”.
Balacanın bu istəyi təbəssümlə qarşılanıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız