İlham Əliyevin koronavirus tədbirləri – Azərbaycan necə fərqləndi?

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevin koronavirus tədbirləri – Azərbaycan necə fərqləndi?

Siyasət

17 Aprel 2020 18:37 1157


Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ilə paralel olaraq sosial-iqtisadi sferada da əhəmiyyətli addımlar atılır. 

Dünya bazarında neftin kəskin ucuzlaşması, pandemiyanın iqtisadiyyata vurduğu zərbələrə baxmayaraq, hökuməti hələ ki, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirlərdən usanmayıb. Təbii ki, bu ölkə başçısı İlham Əliyevin  “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” prinsindən irəli gəlir. Ölkə başçısı pandemiyanın iqtisadi fəsadlarına baxmayaraq sosial proqramları genişləndirmək israr edir. 

Yenisabah.az xatırladır ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Ümumilikdə sosial proqramların maliyyə həcmi 2.5 milyard manat təşkil edir. Aparılan siyasəti müşahidə etdikdə İlham Əliyevin iş yerləri və işsizliklə bağlı problemə xüsusi diqqət yetirdiyi müşahidə olunur. Sezar pizza

Pandemiyanın ilk günlərindən dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün bir sıra tədbirlər həyata keçirilib. Bununla bağlı elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir. Nəzarət 1 milyon 629 min işçini (dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min) əhatə edir. 

Sosial proqramlar çərçivəsində 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir. 

Bundan başqa, əhalinin məşğulluq imkanlarının artırılması ilə əlaqədar müvafiq qurumların fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. 

Ümumilikdə ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər.

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslər də yaddan çıxmayıb. Həmin şəxslərə 190 manat birdəfəlik ödəmə verilməsinə başlanıb.  Əgər əvvəllər bu yardım 200 min nəfər üçün nəzərdə tutulmuşdusa, İlham Əliyevin qərarı ilə onların sayı 3 dəfə artılıb. Beləliklə, 190 manat birdəfəlik ödəmə 600 min nəfərə veriləcək.  Aprelin 7-də təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində -  2 günə ödənişlərə başlanılıb. Ümumilikdə 9-17 apreldə 140 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. 

Birdəfəlik ödəmə köçürülərkən vətəndaşa bu barədə SMS göndərilir. Ödəniş bank filialları və ya poçt şöbələri vasitəsilə təmin edilir.

Bu yardım aprel-may aylarını əhatə edəcək. Növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq.

İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi də genişləndiriləcək. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur.

Yenisabah.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!