Şamaxıda dövlət başçısının görüşdüyü və xüsusi münasibət göstərdiyi 91 yaşlı Saray Eyvazova həmin anın təəssüratlarını danışıb.
Şamaxı rayonu, Salman Mümtaz küçəsi 33 ünvanında yaşayan Saray Eyvazova deyir ki, zəlzələ nəticəsində evlərinin dağılması narahatlıq yaratsa da, prezidentin bütün olanlarla şəxsən maraqlanması onlarda böyük arxayınlıq yaradıb.
Saray nənə bildirir ki, prezidentlə görüşü zamanı onu ən çox təsirləndirən dövlət başçısının onunla böyük hörmətlə görüşməsi olub. Saray Eyvazova deyir ki, dövlət başçısının bu addımı onların dövlətə inamını daha da artırıb. pizza sifarişi
Qeyd edək ki, dövlət başçısı Şamaxıya səfəri zamanı bir sıra vətəndaşların zəlzələ nəticəsində dağılmış evlərinə baş çəkib və dağıntıların aradan qaldırılması, eləcə də evi yararsız vəziyyətə düşənlərin yeni mənzillərlə təmin edilməsi ilə bağlı tapşırıqlar verib. Hazırda aidiyyəti dövlət qurumları verilən tapşırıqların icrası ilə məşğuldurlar.
Xezerxeber.az
Telegram kanalımız