İlk uçan avtomobil sınaqdan keçirilib - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İlk uçan avtomobil sınaqdan keçirilib - VİDEO

Dünya

21 Fevral 2023 08:44 1061


Yaponiyada, ölkənin cənub-qərbində yerləşən Oita prefekturasında iki sərnişin üçün nəzərdə tutulan uçan avtomobilin ilk sınaqları keçirilib.

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, uçan maşında dron texnologiyasından istifadə edilib.

Sınaqlar zamanı iki nəfərlik kabinəli kvadrokopterə bənzəyən qurğu 30 m hündürlüyə qalxıb və dəniz üzərində dairəvi trayektoriya ilə hərəkət edərək 3 dəqiqə ərzində 431 m məsafə qət edib. Uçuş sürəti 36 km/saat olub. Sezar pizza

Avtomobili hazırlayan texnologiya şirkəti "Masc"ın rəhbəri Kirino Hiroşi bildirib ki, növbəti sınaqlar uğurlu olarsa, o, uçan avtomobilləri kommersiya satışına çıxarmağı planlaşdırır. Onun sözlərinə görə, bu ehtimal ildən-ilə artır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!