Kənd təsərrüfatı naziri İnam Kərimov mart 16-sı, saat 11:00-da Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Tovuz və Şəmkir rayonlarının sakinləri ilə görüşəcək.
"Yeni Sabah" xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-2106484) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar. Dördpendirli pizza
Telegram kanalımız