“İnfiniti” ilə ağır qəza, öncə piyadanı, sonra “07”ni vurdu

saytların hazırlanması

Evə çatdırılma

“İnfiniti” ilə ağır qəza, öncə piyadanı, sonra “07”ni vurdu

Kriminal

13 Mart 2019 11:25 1540


Göyçay rayonunda “İnfiniti” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.

Hadisə Göyçay-Ucar yolunun Çərəkə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər - Göyçayın Yeniarx kənd sakini 1990-cı il təvəllüdlü Abdullayev Taleh Əmraslan oğlu və Xəlitli kənd sakini 1998-ci il təvəllüdlü Qasımov Anar Şakir oğlu müxfəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.  Pepperoni pizza

Polisdən alınan məlumata əsasən, Göyçay rayon sakini Məhəmməd Məmmədov idarə etdiyi "99-EF-033" dövlət nömrə nişanlı "İnfiniti" markalı avtomobil qəzadan öncə bir nəfər piyadanı da vurub. 

Faktla bağlı araşdırma aparılır.

ONA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!