“INNOLAND” startaplara 100 min manatlıq yatırım edib

saytların hazırlanması

Evə çatdırılma

“INNOLAND” startaplara 100 min manatlıq yatırım edib

Sosial

20 Fevral 2019 15:14 792


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri cari il ərzində 100 000 manatdan artıq yatırım əldə edib.

“Yeni Sabah” xəbər verir ki, cari ildə “INNOLAND”-də fəaliyyət göstərən 4 startap ümumilikdə 100 000 manatdan artıq yatırım əldə edib. Bu investisiyalar əsasən yerli investorlar tərəfindən həyata keçirilib.

Mərkəzin rezidentlərindən biri isə növbəti yatırım əldə edərək Nyu Yorkda 4 aylıq startap akselerator proqramına qatılıb. pizza hut

Cari il ərzində ümumilikdə 1 miyon manata yaxın yatırımın həyata keçirilməsi planlaşdırılır.

Hazırda mərkəzdə 10 startap akselerasiya mərhələsindədir və daha bir neçə startap inkubasiya xidmətlərindən istifadə edir. Yerli mələk investorların sayı isə artıq 25 nəfərə çatıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!