“Instagram”da narkotik təbliğatı aparan Elcana 25 sutka həbs - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Instagram”da narkotik təbliğatı aparan Elcana 25 sutka həbs - Foto

Kriminal

31 Yanvar 2020 13:29 1223


Daxili İşlər Nazirliyinin “İnstagram” sosial şəbəkəsindəki “polisazerbaycan” rəsmi səhifəsinə vətəndaşlardan biri müraciət edərək həmin sosial şəbəkədəki “tt.elcan_” adlı profildə narkotik vasitələrin qəbulunun təbliğ edildiyi barədə məlumat verib.

"Yeni Sabah" xəbər verir ki, məlumat aidiyyəti üzrə Baş Narkotiklərlə Mübarizə İdarəsinə göndərilib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində “tt.elcan_” səhifəsinin Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Elcan Şahverdiyevə məxsus olduğunu məlum olub. O, qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib. E. Şahverdiyev ifadəsində “İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib.

Qeyd edək ki, E.Şahverdiyev artıq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məhkəmənin qərarı ilə 25 sutka müddətində inzibati qaydada həbs edilib. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!