9 Avqust - 05:59
İnternetdən avtomobil alanların diqqətinə: Sizi də bu üsulla aldada bilərlər 

İnternetdən avtomobil alanların diqqətinə: Sizi də bu üsulla aldada bilərlər 

Avto

11 Yanvar 2022 08:51 4935


İnternetdə maşın satmaq adı ilə insanları aldadıb pulunu alan, sonra isə yoxa çıxan dələduzlar yenə iş başındadır. Bu dəfə onların qurbanı olan Göygöl sakininin 1900 manat pulu mənimsənilib. Vüqar Alıyev  4 aydır ki, onu aldadanı tapa və pulunu geri ala bilmir.

Uzun müddətdir işlədiyi işindən çıxdı, maşın alıb taksi fəaliyyəti göstərmək fikrinə düşdü. İnternetdə gördüyü maşın elanının izi ilə əlaqəyə girdiyi şəxs isə onun inamından sui istifadə edib pulunu mənimsədi. Hadisə Göygöl sakini Vüqar Alıyevin başına gəlib. Güya maşını satan şəxs əvvəlcə ona  Oğuza gəl deyib, sonra isə kartına pul yüklətdirib.

Elə həmin vaxt telefon söndürüləndən sonra Vüqar bir də pul göndərdiyi şəxslə əlaqəyə girə bilməyib. Onu Oğuz rayon xəstəxanasında axtarıb, sonra yerli polisə müraciət edib. Asayiş keçikçiləri kart məlumatları əsasında dələduzun kimliyini müəyyən edə biliblər. 

Məsləhətə əsasən Yevlax Polis Şöbəsinə müraciət edən zərərçəkən 4 aydır ki, xəbər gözləyir.  DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!