İran deputatı Rəisi hökumətini bacarıqsız adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

İran deputatı Rəisi hökumətini bacarıqsız adlandırdı

Dünya

19 Aprel 2023 07:21 578


İran Parlamentinin deputatı sərt çıxışında İbrahim Rəisi hökumətini bacarıqsız adlandırıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Mustafa Rza Hüseyni Qotbabadi deyib: Marqarita pizza

“Rəisi hökumətini ən zəif hökumət hesab edirik və bildirirəm ki, cənab Rəisi ölkə idarəçiliyində çox zəifdir. Cənab prezident, parlamentə gəlib deputatlara və xalqa cavab verməlisiniz! Siz həmişə ölkədəki problemləri əvvəlki hökumətlərin üstünə atıbsınız”.

O, prezident Rəisini ölkədəki işsiz gənclərin və yaşlıların məişət problemlərinə görə də kəskin tənqid edib. Eləcə də məktəb şagirdlərinə qarşı kimyəvi hücumlara toxunaraq deyib:

“Zəhərlənmə məsələsini nə etdiniz? Neçə nəfəri həbs etdiniz? Bu əməli törədənlər kimə bağlı idilər? Harada açıqladınız? Bunları nə üçün xalqa açıb demirsinuz? Ey İran xalqı, bizim əlimizi-qolumuzu bağlayıblar, hərəkət etməyə qoymurlar. Heç bir ixtiyarımız yoxdur. Addım atmaq istəyəndə bizə qarşı iş açırlar!

Ölkəni idarə etmək üçün sizin bilik və bacarığınız azdır!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!