30 Sentyabr - 00:40
İran diplomatı Türkiyəni hədələdi: “Odla oynayır”

İran diplomatı Türkiyəni hədələdi: “Odla oynayır”

Siyasət

14 Avqust 2022 08:14 8354


“Türkiyə odla oynadığını bilməlidir”.

Bu sərsəmləməni iranlı diplomat, İranın Ermənistandakı keçmiş səfiri Seyid Kazım Səccadi özünün Tvitter səhifəsində yazıb. 

O bildirib ki, 44 günlük müharibə zamanı Türkiyə suriyalı “terrorçuları” Qarabağa yerləşdirib. Səccadi əlavə edib ki, Türkiyə İran sərhədlərində yeni eyni şeyi etməyə çalışır.

“Terrorçuların Türkiyə tərəfindən Suriyadan Azərbaycana keçirilməsi və onların İran sərhədlərində olması qəbuledilməzdir.

Yunanıstan, Kipr, Ermənistan, Suriya və İraqdan sonra Türkiyə indi İran sərhədləri yaxınlığında zərərli fəaliyyətlər planlaşdırır. Türkiyə bilməlidir ki, odla oynayır”, – deyə “diplomat” yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!