İran ən böyük PUA-sını tanıtdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İran ən böyük PUA-sını tanıtdı - Fotolar

Dünya

17 İyul 2023 22:48 1021


"Sepah Qüds" "Telegram" kanalı İranın ən böyük PUA-sının şəkillərini yenidən dərc edib.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, "Fotros" PUAsının 16 metr qanad genişliyinə malikdir. Onun uçuş müddəti 16-30 saat arasındadır və əməliyyat məsafəsinin 2000 kilometr olduğu təxmin edilir.

İranın bu geniş gövdəli PUA-sının əsas imkanlarına quru və dəniz sərhədlərinin monitorinqi, neft və telekommunikasiya xətlərinin, yol hərəkətinə nəzarət, zəlzələ, yanğın və daşqınlardan zərər çəkmiş ərazilərin, habelə mühafizə üçün ətraf mühitin monitorinqi daxildir.

"Fotros" pilotsuz təyyarəsi Amerikanın "MQ-1" dronundan daha yüksək imkanlara malikdir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!