İran hələ də müharibə vəziyyətindədir - Nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

İran hələ də müharibə vəziyyətindədir - Nazir müavini

Dünya

26 Avqust 2026 10:26 88


İran müharibə vəziyyətindədir.

"Yeni Sabah" Mehr-ə istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.

Onun sözlərinə görə,  Hörmüz boğazındakı vəziyyət İranın milli təhlükəsizliyi məsələsinə çevrilib və giriş-çıxış yollarında köklü dəyişikliklər zəruridir. Sezar pizza

Qəribabadi bildirib ki, son 58 il ərzində gəmilər Oman sularından keçərək İrana ciddi ziyan vurub. Yeni müvəqqəti razılaşmaya əsasən, Fars körfəzinə giriş dəhlizi İran sularından, çıxış dəhlizi isə Omanın ərazi sularından keçəcək. Gəmilər hər iki istiqamətdə İran sularından keçəcək. O bildirib ki, dəhliz ümumi eni təxminən 7 mil olan iki tərəfli magistral yol kimi fəaliyyət göstərəcək.

Nazir müavini qeyd edib ki, bu marşrut müvəqqətidir və İran və Oman əvvəlki dəniz nəqliyyatı sxemini əvəz etmək üçün 30-60 gün ərzində yeni daimi marşrut barədə razılığa gəlməlidirlər.

Əldə edilən razılaşmaya əsasən, hərbi gəmilərin tranziti qadağan ediləcək və yalnız kommersiya gəmilərinə icazə veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!