İran Hörmüz boğazının bağlandığını elan etdi

saytların hazırlanması

Evə çatdırılma

İran Hörmüz boğazının bağlandığını elan etdi

Dünya

02 Sentyabr 2026 00:47 69


Hörmüz boğazı keçid tarifləri və müharibə təzminatının ödənilməsi şərtilə bağlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai bildirib.

"Hörmüz boğazının təhlükəsizliyi üzrə strateji fəaliyyət" layihəsinin araşdırılmasının davamında aşağıdakı məsələlər deputatlar tərəfindən təsdiqlənib", - o bildirib və əlavə edib ki, sığorta, bank zəmanətinin alınması məcburidir. Dominos pizza

Bundan başqa, sığorta və xidmət tarifləri, həmçinin İranla müharibədə iştirak etmiş gəmilər tərəfindən təzminat ödənilməlidir:

"Müharibə dövründə hər hansı formada İrana zərər vurmuş ölkələr təzminat ödəmək barədə İranla razılığa gəlməlidir, əks halda onların boğazdan keçidinə icazə verilməyəcək".

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələri bu gün Hörmüz boğazında İran obyektlərinə kütləvi hücum edib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığı ABŞ-nin bölgədəki bazalarına raket və dronlarla cavab zərbələrinin endirildiyini açıqlayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!