İran: Rusiyadan “Su-35“ alınması razılaşdırılıb

saytların hazırlanması

Evə çatdırılma

İran: Rusiyadan “Su-35“ alınması razılaşdırılıb

Dünya

10 Mart 2023 11:33 568


İran Rusiyadan "Su-35" təyyarələrinin alınması ilə bağlı razılığa gəlib.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

“1988-ci ildə İran-İraq müharibəsi başa çatdıqdan sonra İran bir sıra ölkələrdən qırıcıların alınması imkanını istəyib və Rusiya bunun satışa açıq olduğunu bildirib”. Sezar pizza

"Su-35" qırıcıları texniki baxımdan İran üçün məqbuldur, ona görə də 2020-ci ilin oktyabrından və adi silahların alınması üçün İrana qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra Tehran nəhayət onların alınması ilə bağlı razılığa gəlib.

Eyni zamanda, daimi nümayəndəlik müqavilənin dəqiq nə vaxt razılaşdırıldığını, Rusiya Federasiyasından İrana nə qədər "Su-35"-in və nə vaxt çatdırılmasının nəzərdə tutulduğunu açıqlamayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!