İran və ABŞ iki ölkə arasında anlaşma memorandumunda nəzərdə tutulan 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəliblər.
“Yeni Sabah” Əl-Ərəbiyyə-yə istinadla xəbər verir ki, bu barədə mənbələr məlumat yayıb.
"Əl-Cəzirə" əvvəllər ABŞ və İran arasında düşmənçiliyə son qoymağı hədəfləyən və bazar ertəsi günü başa çatan anlaşma memorandumunu uzatmaq istəyən tərəflərin olmadığını bildirmişdi. pizza
"Hələ ABŞ ilə danışıqların bərpası barədə qərar qəbul etməmişik", - deyə İranın xarici işlər naziri Abbas Əraqçi Şənbə günü bəyan edib.
İyunun 17-də ABŞ və İran prezidentləri Donald Tramp və Məsud Pezeşkianın imzaladığı razılaşma Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra baş tutub. Bu, Fars körfəzində minlərlə insanın həyatına son qoyan və ticarət fəaliyyətini, xüsusən də neft və qaz ixracını iflic edən üç aydan çox davam edən müharibəyə son qoymaq məqsədi daşıyırdı.
Memorandumda İran və ABŞ-ın hərbi əməliyyatların dərhal dayandırılmasını elan etdiyi və bütün cəbhələrdə düşmənçiliyin tamamilə dayandırılmasının yekun razılaşmanı təsdiqləyəcəyi bildirilirdi.
Sənəddə qeyd olunurdu ki, yekun razılaşma BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməli və maksimum 60 gün ərzində əldə olunmalı, bu müddət qarşılıqlı razılaşma ilə uzadıla bilər.
İran XİN-in sözçüsü İsmayıl Bəqai bu gün bildirib ki, Vaşinqtonun pozuntularına görə memorandum artıq qüvvədə deyil: "ABŞ anlaşma memorandumunu əvvəldən pozub".
Diplomatın sözlərinə görə, anlaşma memorandumunun mətnində 60 günlük son tarix müəyyən edən müddəa yox idi. O, sənəddə sadəcə 60 gün ərzində nüvə danışıqlarının aparılmasını nəzərdə tutduğunu izah edib.
Bəqai qeyd edib: "Heç vaxt heç bir danışıqlara başlamamışıq və ABŞ əvvəldən razılaşmanı pozub. Buna görə də 60 günlük məsələ əhəmiyyətsizdir".
O vurğulayıb ki, İran qərarları heç bir son tarix təzyiqi altında deyil, öz milli maraqlarına və qiymətləndirmələrinə əsasən verəcək.
Telegram kanalımız