Tehran Rusiya ilə avtomobil istehsalı üzrə birgə müəssisənin yaradılmasını istisna etmir.
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Omid Qalibaf bildirib.
O deyib: “Birgə avtomobil istehsalı, İranda və ya Rusiyada zavodun açılması avtomobillərimizi Rusiyaya nə qədər uğurla ixrac edib onun bazarına çıxa biləcəyimizdən və İran modellərinin Rusiyada nə dərəcədə yaxşı qarşılanacağından asılıdır”. pizza sifarişi
O. Qalibafın sözlərinə görə, bu məlumatlar alındıqdan sonra ölkə Rusiyada birgə istehsala və avtomobil bazarının inkişafına investisiya qoyuluşu məsələsini öyrənməyə başlayacaq.
Telegram kanalımız