İranda həyat: İslam İnqilabından əvvəl və sonra - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İranda həyat: İslam İnqilabından əvvəl və sonra - Fotolar

Dünya

10 Fevral 2019 22:19 1630


1979-cu ildə şahın devrilməsi ilə nəticələnən İran İslam İnqilabı, qadınların həyatı da daxil, ölkəyə böyük yeniliklər gətirdi.

1930-cu ildə baş örtüyünü qadağan edən şah hicabları güclə yığışdırmağı əmr etdi.

1980-ci ildə icbari baş örtüyünü nəzərdə tutan geyim qaydalarına dair yeni hökumətin qərarı açıqlandı. pizza mizza

İnqilabdan əvvəl ali məktəbdə təhsil alan qadınların sayı az olmasa da, bu rəqəmin inqilab ardınca əhəmiyyətli şəkildə artması baş verdi.

Yeni hakimiyyət kənd bölgələrində yaşayan ailələri qızları evdən kənarda təhsil almağın faydasına inandıra bildi.

"Qadınların universitetə getməsinin qarşısını almağa cəhd etdilər, lakin bu, elə bir sərt reaksiya doğurdu ki, onlara yenidən təhsilə qayıtmağa izn vermək məcburiyyətində qaldılar", - 1960-cı illərdə İranda yaşayan və hazırda York Universitetinin professoru işləyən Baronessa Haleh Afshar deyir.

"Təhsilli insanlardan bəziləri İranı tərk etdi. Hakimiyyət anladı ki, ölkəni idarə etmək üçün onlar həm qadın, həm də kişilərə təhsil verməlidirlər".

İnqilabdan əvvəl çox sayda qadın bədənə sıx oturan dar cins, qısa ətək və qolsuz bluzka kimi qərbsayağı paltar geyinərdi.

Ailə və dostlar İranda həftəsonu sayılan cümə günü bir araya gəlməyə çalışır. "Piknik İran mədəniyyətinin mühüm hissəsidir və orta sinif təbəqəsi arasında çox yayılıb. Bu ənənə İnqilabdan sonra da dəyişməz qalır.

Fərq budur ki, hazırda bir yerdə olan qadın və kişilər daha ehtiyatlı davranır, bir-birilə ünsiyyətdə daha çox təmkin göstərirlər", - professor Afshar deyir.

Hakimiyyət başına gələndən bir qədər sonra İranın Ali Dini Rəhbəri baş örtüyünü icbari edən fərmanını təsdiqlədi. Ayətullah Xomeyninin qərarı etiraza səbəb oldu və 8 Mart Beynəlxalq Qadınlar Günündə fərmana qarşı çıxan minlərlə qadın nümayişə qatıldı.

"Sərgilənən gəlinlik paltarlarının hamısı qərbsayağıdır. Bu, bağlı qapılar arxasında baş verirsə, qadınlar istədiyini geyinməkdə sərbəstdir", - professor Afshar deyir.

"Nikah mərasimi və qonaqlıqlar ayrı keçirilməlidir. Yəni yalnız qadın qonaqların olduğu yerdə nəyi geyindiyiniz heç bir əhəmiyyət kəsb etmir.

Lakin kişi və qadınların iştirakı ilə qarışıq qonaqlıqlar da keçirilməkdədir. Bunun üçün ya qapıya gözətçi qoyulur, ya da polis görməzdən gəlsin deyə ona pul ödənilir".

İran qadınlarına ictimai yerlərdə çimməyə icazə verilmir.

BBC Azərbaycan

Fotolar: BEHROUZ MEHRI/AFP/GETTY IMAGES


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!