İran Silahlı Qüvvələri "Fəth 360" raket təlim sistemini sınaqdan keçirib.
Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, "Sepah" mütəxəssislərinin hazırladığı sistem istifadəçi üçün raketlərin yüklənməsi, buraxılması və atılmasının bütün mərhələlərini simulyasiya edir.
Bu sistemdə 122 mm-lik “Arash” raketi yerləşdirilir və istifadəçi raketi ataraq bütün atış addımlarını məşq edir. O, təlim qüvvələri üçün məşqi dəfələrlə yükləmək və təkrarlamaq imkanı verir. pizza mizza
“Fəth 360” raketi ballistik raketdir. Onun uzunluğu 5175 mm və diametri 368 mm olan, ümumi kütləsi 787 kq-dır (150 kq döyüş başlığı). Onun minimum və maksimum məsafəsi 30 və 120 km-dir.
Telegram kanalımız