"İran və Ukrayna ekspertlərinin görüşü olub. Ukrayna tərəfi texniki iclasda Rusiyanın bu ölkə ilə müharibədə İran pilotsuz təyyarələrindən (PUA) istifadə etməsi ilə bağlı heç bir sübut təqdim etməyib".
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın müdafiə naziri, Mbriqada generalı Məhəmmədrza Aştiani deyib.
Onun sözlərinə görə, Ukrayna müharibəsində İran PUA-larından istifadəyə dair sübut təqdim etməli idi. "Lakin bu baş vermədi. Ukrayna heyəti ilə növbəti görüşlər təxirə salınıb. Çünki danışıqlar əsassız bəyanatlar və şayiələr üzərində qurulub". pizza sifarişi
Müdafiə naziri əlavə edib: "İslam Respublikası ilə Rusiya arasında hərbi əməkdaşlıq uzun müddətdir mövcuddur, amma İran PUA-larının Ukrayna müharibəsində istifadəsinə dair heç bir əməkdaşlıq mövcud olmayıb".
Telegram kanalımız