Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“İrəvandan Bakıya təyyarə uçub, xeyli sayda əsir gətirilməlidir...”
02 Dek 2021 20:14
7046

“İrəvandan Bakıya təyyarə uçub, xeyli sayda əsir gətirilməlidir...”

“Çiçəklənən Ermənistan” parlament fraksiyasının keçmiş üzvü Naira Zohrabyan maraqlı iddia ilə çıxış edib.

Yenisabah.az xəbər verir ki, o bildirib ki, yaxın günlərdə hərbi əsirlər kommunikasiyaları açmaq müqabilində geri qaytarıla bilərlər.

Ermənistanın "Pastinfo" nəşrinə açıqlamasında Zohrabyan qeyd edib ki, noyabrın 30-da İrəvandan Bakıya təyyarə uçub və həftənin sonuna qədər çoxlu sayda əsir gətirilməlidir. Bu barədə əsirlərin yaxınlarına məlumat daxil olub.

Naira Zohrabyan qeyd edib ki, onda belə bir informasiya olmadığı üçün məlumatı nə təkzib, nə də təsdiq edə bilər:

"Onlara dedim ki, məndə belə bir informasiya olmadığı üçün bu məlumatı nə təkzib, nə də təsdiq edə bilərəm. Lakin Soçidəki görüşdən sonra Paşinyan, Əliyev və Putinin görüşdən məmnun qaldıqları haqda dedikləri və digər faktları birləşdirərək mən kommunikasiyaların açılması müqabilində hərbi əsirlərin yaxın günlərdə qaytarıla biləcəyini güman edirəm. Bu, sadəcə, məntiqi nəticədir, başqa heç nə deyil”.

Qeyd edək ki, hələlik rəsmi Bakı və ya İrəvan tərəfindən Azərbaycandakı işğalçı və terrorçu erməni hərbçilərinin qaytarılacağı haqda heç bir məlumat səslənməyib.


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər