İsa Həbibbəyli:  “Oğlumdan xəbərim yoxdur”

İsa Həbibbəyli: “Oğlumdan xəbərim yoxdur”

Digər

28 Noyabr 2022 10:41 3324


“Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”. 

Bunu Gununsesi.info-nun Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi Səhət Həbibbəylinin saxlanması barədə xəbərlərə dair sorğusuna cavabında onun AMEA  prezidenti olan atası  İsa Həbibbəyli deyib.

“Oğlunuz haradadır, ondan xəbəriniz varmı” sualına isə İsa Həbibbəyli ” Bilmirəm ki, haradadır, xəbərim də yoxdur” deyərək, telefonun dəstəyini asıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında anti-korrupsiya əməliyyatları başlayıb.

Muxtar Respublikanın gömrük və digər maliyyə qurumlarından bir neçə şəxsin həbs edildiyi deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!