İşə qəbul üzrə 2923 nəfər qeydiyyatdan keçib

saytların hazırlanması

Evə çatdırılma

İşə qəbul üzrə 2923 nəfər qeydiyyatdan keçib

Sosial

08 Fevral 2019 15:48 1685


İşə qəbul üzrə 2923 nəfər qeydiyyatdan keçib.

“Yeni Sabah” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri (kitabxanaçı) və laborant vəzifələrinə işə qəbul üzrə qeydiyyat başa çatıb. 

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 2 923 şəxsin müraciəti http://musabiqe.baku.edu.az/   portalı vasitəsilə qeydə alınıb.  Marqarita pizza

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!