“İşğaldan azad olunmuş torpaqların sahibləri bu ərazilərə həyatı yenidən qaytarır”

saytların hazırlanması

Evə çatdırılma

“İşğaldan azad olunmuş torpaqların sahibləri bu ərazilərə həyatı yenidən qaytarır”

Siyasət

01 Oktyabr 2022 15:40 822


“Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 27 Sentyabr-Anım Günündə Füzuli rayonuna səfərləri zamanı xatirə lövhəsinin önünə gül dəstələri qoyduqdan sonra ölkə Prezidenti çıxışında bir daha keçilən yola nəzər salaraq bildirdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı Vətən müharibəsi dövründə bütün gücünü səfərbər edib bir yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, igidliyi, şücaəti  sayəsində azad edilmiş torpaqlarda biz bu gün  qurub-yaradır, şəhərlərimizi, kəndlərimizi bərpa edir, həm də şanlı Zəfərimizlə qürur duyuruq”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Günündə Füzuliyə səfərinin rəmzi mənası vardır: “Ona görə ki, Azərbaycan əsgəri məhz bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararaq  Zəfər yürüşünə başladı.  İkinci Qarabağ müharibəsinin ilk günündə Füzulinin Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun  Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Vətən müharibəsində ilk şəhidlərimizi də məhz bu torpaqda verdik. Bu gün şəhidlərimizin ruhu şaddır. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı ucaldılıb. 30 il erməni vəhşiliyinə, vandallığına tuş gələn  bu torpaqlarımız hazırda yenidən qurulur, müasir yeniliklər bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib dövlətin vətəndaşı olmasından qürur duyur. Dövlət başçısı, qalib Sərkərdə İlham Əliyev  torpaqlarımızın işğaldan azad edilməsindən, tarixi Zəfərimizdən bəhs edərkən Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirir. Möhtərəm Prezidentimiz Füzulinin Qaraxanbəyli kəndində  işıqlı  sabahımıza çağırışlarla, Ermənistana və ona havadarlıq edən dövlətlərə sərt  xəbərdarlıqları ilə zəngin olan çıxışında xalqımızın xoşbəxtliyinin digər mühüm məqamını da  açıqladı: “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.” pizza

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Şuşada görülən işlər də Müzəffər Ali Baş Komandanın mədəniyyət paytaxtımızın işğaldan azad edildiyi gün səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” çağırışlarının reallıqda öz təsdiqini tapdığını göstərir: “Prezidentin xüsusi nümayəndəliyinin ilk olaraq Şuşada yaradılması da  deyilənlərin təsdiqi, eyni zamanda, bu ərazilərdə təkmil idarəçilik sisteminin yaradılmasının göstəricisidir. Qeyd etdiyimiz səfər zamanı  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində inşa olunan yeni yaşayış kompleksində, Şuşa hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan hoteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış oldular. Görülən hər bir işin əsasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırarkən  ifadə etdiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” vədi dayanır. Qədim mədəniyyət paytaxtımızda yaşayış kompleksinin yaradılması otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan şuşalıların bu arzularına çatacağı günün heç də uzaqda olmadığını  göstərir. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!