“İşləyəndə əllərimi görmək olmur” – Mətanət İsgəndərli + Video

saytların hazırlanması

Evə çatdırılma

“İşləyəndə əllərimi görmək olmur” – Mətanət İsgəndərli + Video

Şou

29 Aprel 2020 12:20 1125


“Varım-yoxum paltarlarım və mahnılarımdır. Başqa heç nəyim yoxdur". 

Yenisabah.az xəbər verir ki, bu sözləri Xəzər TV-də yaylmlanan "Evdəkilərə salam" verilişində evini göstərən Əməkdar artist Mətanət İsgəndərli deyib. 

Sənətçi heç vaxt kirayə paltar götürmədiyini bildirib: "Heç vaxt kirayə paltar götürməmişəm, ya tikdirirəm, ya da alıram. Geyimlərim mənim ölü kapitalımdır".  Pepperoni pizza

Dəbdəbəli evini göstərən xanım müğənni ev işlərini köməkçisinin gördüyünü bildirib: "Bu evdə 15 ildir yaşayıram. Deyirlər ki, müğənnilər evdə işləmirlər. Yazıq canımız... Biz evə elə yorğun gəlirik ki, ev işləri ilə məşğul olmağa vaxt olmur. Evin çox işlərini yardımçım edir. Özüm iş görəndə əllərimi görə bilməzsiniz. Cəld iş görürəm". 

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!